Məzmuna keç

Azərbaycanda teatr və konsert müəssisələri bağlandı

Azərbaycanda teatr və konsert müəssisələri bağlandı

Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb.

E-huquq.az xəbər ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb.

Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.

Mənbə: Report