- 15:20
"İlkin tibbi xidmətin keyfiyyətini artırmaq üçün görülən işlər öz bəhrəsini verməkdədir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
Deputatın sözlərinə görə, bu istiqamətdə əsas məsələlərdən biri regionlardakı tibb məntəqələrinin monitorinqidir. Artıq bir çox bölgədə belə monitorinqlər aparılıb. Lakin bəzi tibb məntəqələrinin vəziyyəti hələ də qənaətbəxş deyil.
"Təəssüf ki, bəzi rayonlarda tibb məntəqələrinin durumu ağırdır. Bəzi məntəqələrdə demək olar ki, kadr yoxdur. Buna baxmayaraq, bu sahədə ciddi islahatlar həyata keçirilir. Tibb məntəqələrinin yenilənməsi istiqamətində mühüm addımlar atılıb", - deyə Ə.Əmiraslanov bildirib.
O qeyd edib ki, Bərdə rayonunda 32 ilkin tibb məntəqəsinin açılması planlaşdırılır: “Düşünürəm ki, Bərdədə həyata keçirilən pilot layihənin təcrübəsi digər rayonlarda da tətbiq olunmalıdır. Bu sahədə fəaliyyət göstərən qurumlar düzgün istiqamətdə hərəkət edir. Yaxın gələcəkdə bu işlərin real nəticələrini görəcəyik".
Şəbnəm Mehdizadə