"Hər bir dövlət üçün ən vacib dayaqlardan biri məhz ordudur" - Fazil Mustafa


  • 11:35

"Bu gün bölgədə baş verənlər göstərir ki, hər bir dövlət üçün ən mühüm dayaqlardan biri ordudur".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

O, çıxışı zamanı bölgədə baş verən son hadisələrin dövlətin mövcudluğu üçün ordunun əhəmiyyətini bir daha ön plana çıxardığını bildirib.

Deputat qeyd edib ki, bu gün regionda cərəyan edən proseslər göstərir ki, hər bir dövlətin dayanıqlı olması üçün güclü və savadlı kadrlardan ibarət ordu quruculuğu əsas şərtlərdəndir: "Ordunun əsas bazası savadlı insanlardan ibarət olmalıdır. Bunun üçün isə ilk növbədə təhsil sistemi gücləndirilməlidir. Təəssüf ki, hazırda təhsillə bağlı sahələrdə dünya ilə müqayisədə geridə qalırıq"

Fazil Mustafa, həmçinin elmin və maarifçiliyin təşviqində elmi-kütləvi nəşrlərin mühüm rol oynadığını vurğulayıb: "Hesab edirəm ki, elmi kütləvi nəşrlərə diqqət daha da artırılmalıdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər