Məzmuna keç

Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi 24 min manatlıq sifariş verdi

"Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" Publik Hüquqi Şəxsinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və tabeliyində olan müəssələrə mətbəə məhsullarının satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Art Point Reklam" MMC olub.

Məlumata görə, qalib şirkətə 24.497,27 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə