Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanıldı


  • 27 İyun 11:07

İyunun 26-da ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə e-huquq.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Oxşar xəbərlər