- 15:55
Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin mətbəə məhsullarının satınalınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb Satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, həmin tenderin dəyəri 39.730,01 manat olub.
Şəbnəm Mehdizadə