Məzmuna keç

Ədliyyə Nazirliyinin tenderinə yekun vuruldu

Ədliyyə Nazirliyinin qurum tərəfindən maliyyə təminatı həyata keçirilən məhkəmələrin inzibati binalarında odsöndürən balonların doldurulması xidmətinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Confirex" MMC olub.

Məlumata görə, qalib şirkətə 39.500,5 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə