- 28 İyun 19:52
Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın nəticəsində həlak olan həmvətənlilərimizlə bağlı bəyanat yayıb.
E-huquq.az xəbər verir ki, bəyanatda deyilir:
"27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.
Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik".