Tanınmış təhsil eksperti vəfat etdi


  • 28 İyun 16:30

Təhsil eksperti Nadir İsrafilov vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə həmkarları sosial şəbəkə hesablarında paylaşım ediblər.

Nadir İsrafilov səhhətində yaranan ciddi problemlə bağlı bir müddət öncə Avropa Beynəlxalq Hospitalında reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, Nadir İsrafilov 1952-ci ildə anadan olub. O, fəaliyyəti dövründə müəllim, məktəb direktoru, rayon təhsil şöbəsinin, Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb. Çox sayda proqram, metodik tövsiyyələr, elmi-pedaqoji və tənqidi-analitik məqalələrin müəllifi olub.

Oxşar xəbərlər