Əhliman Gənciyevin vəkili: Müdafiə etdiyim şəxsin sağlamlığı üçün qorxuram


  • 29 İyun 19:12

Yekaterinburqdakı məlum zorakılıqlar fonunda həbs olunan Əhliman Gənciyevin vəkili Ilkin Əmirov jurnalistlərə açıqlama verib.

E-huquq.az xəbər verir ki, vəkil istintaqın qeyri-qanuni dəliltoplama üullarından istifadə etdiyini deyib.

O bildirib: “Mən müdafiə etdiyim şəxsin həyatı və sağlamlığı üçün qorxuram. Hazırda o, hətta yeriyə də bilmir. Bütün məhkəmə iclasını ayaqüstə keçirdi, çünki otura bilmirdi. Bu iki hün ərzində onun başına nələrin gəldiyini düşünmək dəhşətlidir”.

İ.Əmirov deyib ki, maksimum dərəcədə vaxtını müdafiə etdiyi şəxslə birgə keçirməyi düşünür, çünki ona qarşı təcridxana da zorakı hərəkət edilə bilər.

Oxşar xəbərlər