Məzmuna keç

Azərbaycan Tibb Universitetinin 154 min manatlıq tenderi ləğv edildi

Azərbaycan Tibb Universitetinin universitetin balansında olan nəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi xidmətinin satın alınması (çərçivə sazişi) ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb nəzarət orqanının qərarı olub.

Qeyd edək ki, həmin tenderin dəyəri 154.152,51 manat olub.

Şəbnəm Mehdizadə