- 19:23
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 16-da inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.
DİM-dən e-huquq.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün 550 nəfər qeydiyyatdan keçib. Bakı və Naxçıvan şəhərlərində təşkil olunmuş imtahanda 508 nəfər iştirak edib. BB1 altqrupu üzrə 10 nəfər, BB2 altqrupu üzrə 24 nəfər, BB3 altqrupu üzrə 34 nəfər, BB4 altqrupu üzrə 53 nəfər olmaqla, ümumilikdə 121 namizəd uğur qazanıb.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası 17, 20 və 21 oktyabrda saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50