Parlament Azərbaycan və BƏƏ arasında iqtisadi tərəfdaşlıq Sazişini təsdiqləyib


  • 11:51

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

E-huquq.az xəbər verir ki, qanun layihəsi bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” 2025-ci il iyulun 9-da Əbu-Dabi şəhərində imzalanıb.

Oxşar xəbərlər