Azərbaycanla Türkiyə arasında TDT daxilində əməkdaşlıq müzakirə edilib


  • 20:07

Azərbaycan və Türkiyə arasında Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlıq müzakirə olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabında paylaşım edib.

Səfir Türkiyənin TDT-dəki daimi nümayəndəsi Ufuk Ekici ilə görüşdə sözügedən qurumun daxilində iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və ümumi məqsədlər naminə həmrəyliyin artırılmasının zəruriliyi barədə fikir mübadiləsi aparıldığını qeyd edib.

Oxşar xəbərlər