Qazaxıstanla Azərbaycan arasında sualtı fiber-optik rabitə xətlərinin çəkilməsi gələn ilin sonuna başa çatdırılacaq


  • 10:31

"2022-ci ildə Aktau şəhərində Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən orta dəhlizin inkişafı və istismarı ilə bağlı "2022-2027-ci illər üçün yol xəritəsi" imzalanıb. Sənəddə üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafı, əməliyyatların optimallaşdırılması, əlavə yük axınının cəlb edilməsi, vahid tarif siyasətinin tətbiqi, logistika mərkəzləri şəbəkəsinin inkişafı və digər əsas məsələlərin həlli nəzərdə tutulur".

E-huquq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Kazinform"a müsahibəsində bildirib.

"İnfrastruktur sahəsində mühüm layihələrdən biri də Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik rabitə xətlərinin çəkilməsidir. Tikinti müqaviləsi 2025-ci ilin mart ayında Bakıda imzalanıb, işlərin başa çatdırılması 2026-cı ilin sonuna planlaşdırılıb ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək", - dövlət başçısı vurğulayıb.

Oxşar xəbərlər