Müdafiə Nazirliyi məlumat yaydı


  • 09:54

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, 20-24 oktyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.

Oxşar xəbərlər