Sumqayıtın bu ərazilərində qaz təchizatı dayandırılıb


  • 14:57

Bu gün Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılıb.

E-huquq.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Sumqayıt şəhəri, 52-ci məhəllə, Novxanı bağları, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz xəttində yaranan qəzanın aradan qaldırılması ilə əlaqədar saat 13:50-dən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri görülür.

Oxşar xəbərlər