- 19:43
Türkiyənin Hatay şəhərində güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hatayın İskenderun və Payas rayonlarında gecə saatlarında başlayan leysan səhər saatlarında daha da şiddətlənib.
Təhülksəizlik məqsədilə Toprakkale-İskenderun avtomobil yolu nəqliyyatın hərəkətinə bağlanıb.
Qruplar yolda qalan avtomobilləri xilas etmək üçün işlərə başlayıb.
Sakinlər yanğınsöndürən maşınlar və ağır texnika ilə təhlükəsiz ərazilərə təxliyə edilib.
Sel suları nəticəsində bəzi evlərə və avtomobillərə ziyan dəyib, suyun boşaldılması istiqamətində işlər aparılır.
Humay Eminqızı