- 14:26
“Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiqlənib.
E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, ədliyyə orqanlarının xüsusi xəzinə hesabının açılması ilə eyni gündə icra xidməti icra məmurlarının xüsusi fondunda qalan vəsaitin və cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin xəzinə hesablarında qalan hissəsinin ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülməsini təmin edib.