- 17:51
2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (2025-ci illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır.
E-huquq.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin (9,3 % çox), 160 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (2,7 dəfə çox) hesabına qarşılanması nəzərdə tutulur.
DSMF-nin büdcəsinin xərclərinin əsas hissəsini əmək pensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin
saxlanılması ilə bağlı xərclər təşkil edəcək.