Sahibkarlar üçün ƏDV limiti 2 dəfə artırıla bilər


  • 16:16

Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəliyi yaradan dövriyyə həddinin nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılması (200 min manatdan 400 min manata çatdırılması) nəzərdə tutulur.

E-huquq.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, yenilik 2026-2029-cu illər üzrə gəlir siyasətinin əsas istiqamətlərindən biri kimi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması məqsədilə planlaşdırılır.

Oxşar xəbərlər