İqtisadi Zonaların İnkişafı Agentliyinin tenderi ləğv edildi


  • 17:20

"İqtisadi Zonaların İnkişafı Agentliyi" publik hüquqi şəxsinin elektrik avadanlıqlarının sınağı xidmətinin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Məlumata görə, tenderin dəyəri 97.346,35 manat olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər