Dabaq xəstəliyi hansı hallarda insana keçə bilər?


  • 11:37

Son günlər heyvanlar arasında yayılan dabaq xəstəliyi əhali arasında ciddi narahatlığa səbəb olub.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərli parlamentin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə xəstəliklə bağlı müzakirələr xeyli artıb: "Bu, cəmiyyətin məsuliyyət hissinin göstəricisidir. Dabaq xəstəliyi yoluxucu xəstəlikdir və prioritet məsələ kimi qiymətləndirilməlidir. Heyvanların vaksinlə təmin edilməsi vacibdir. Yeni gətirilən heyvanların karantində saxlanılması və yoxlama riskinin minimuma endirilməsi də önəmlidir".

Deputat qeyd edib ki, dabaq xəstəliyi nadir hallarda insana keçə bilər: "Yalnız çiy ət və süd məhsullarının qəbulu zamanı bu xəstəlik insana yoluxa bilər. Bu baxımdan, maarifləndirmə işləri və profilaktik tədbirlər gücləndirilməlidir. Bu təkcə kənd təsərrüfatı problemi deyil, eyni zamanda əhalinin rifahına dair bir məsələdir. Buna görə də, aidiyyəti qurumlar arasında koordinasiya gücləndirilməlidir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər