- 16:01
Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşı vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.
Bildirilib ki, qurumun Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsində çalışan Vüsal Qurbanlı eyni zamanda Vətən müharibəsi iştirakçısı olub.
Məlumata görə, V.Qurbanlının sağlamlığında heç bir problem olmayıb. O, qəfil vəfat edib.