- 17:44
Dövlətin müəllimlər üzərindən qənaət etməsi doğru olmaz, əksinə, yaxşı müəllimləri dövlət özü tapmalı və onlara dəstək olmalıdır.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dünya təcrübəsində bu cür yanaşma tətbiq olunur: "Xarici ölkələr müəllimlərə imkan yaradır ki, onlar gələcəkdə daha böyük uğurlar əldə etsinlər. Bir müəllim istədiyi qədər imtahana qatılma haqqına sahib olmalıdır. Əgər büdcədən bu məqsədlər üçün kifayət qədər vəsait ayrılırsa, müəyyən xərclərin azaldılması vacibdir. Yaxşı müəllimləri tədrisə cəlb etmək üçün onlara stimullar yaradılmalıdır. Əgər bu qanun layihəsi qəbul ediləcəksə, ən azından müəllimlərə verilən kateqoriyalar genişləndirilməlidir".
Şəbnəm Mehdizadə