Ceyhun Məmmədov: "Təhsil sahəsində ciddi addımlar atılmalıdır"


  • 15:53

"İllər əvvəl fəaliyyət göstərən Müəllimlərin Təkmilləşdirilməsi İnstitutu artıq mövcud deyil. Lakin düşünürəm ki, bu sistemin bərpası ilə bağlı müzakirələr aparılmalıdır"

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, müəllimlər kurslara cəlb olunmalı, onların bilik və bacarıqları mütəmadi olaraq artırılmalıdır: "Son dövrlərdə müəllimlərin əksəriyyəti biliklərini artırmaq üçün repetitor yanına gedir. Bu da göstərir ki, təhsil sahəsində bizi düşündürən məsələlərlə bağlı ciddi addımlar atılmalıdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər