22.10.2026
Naxçıvanda Mədəniyyət Nazirliyinin yeni strukturu təsdiqləndi
Xəbərlər

Naxçıvanda Mədəniyyət Nazirliyinin yeni strukturu təsdiqləndi

Noy 12, 2025

Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyinin yeni Əsasnaməsi və strukturu təsdiq edilib.

E-huquq.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədri bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, muxtar respublika Mədəniyyət Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:

1. Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi;

2. Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi;

3. Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında Culfa Regional Mədəniyyət İdarəsi.