Məhkəmə plastik əməliyyatdan sonra çəkilmiş fotoların sosial mediada paylaşılmasını qadağan edib


  • 11:36

Almaniyada plastik əməliyyatdan sonra çəkilmiş "əvvəl və sonra" məzmunlu fotoların sosial mediada paylaşılması qadağan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Frankfurt Ali Regional Məhkəməsi qərar qəbul edib.

Məhkəmə plastik cərrahın xəstənin rinoplastikadan sonrakı transformasiyasını sosial mediada yerləşdirməsini haqsız rəqabət kimi qiymətləndirib və fotoların dərcini qadağan edib.

Məhkəmənin əsaslandırılmış qərarına görə, Almaniya Səhiyyə Sektorunun Reklam Qanununun müvafiq maddəsinə əsasən, əməliyyatdan əvvəlki və sonrakı bədənin vəziyyəti və ya xarici görünüşü müqayisə edilərək plastik cərrahiyyə prosedurlarının reklamı qadağandır.

Qeyd edilib ki, sosial şəbəkələrdə əməliyyatdan əvvəl və sonrakı paylaşımlar izləyiciləri sağlamlıq üçün risklər daşıyan lazımsız estetik əməliyyatlara sövq edə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər