BDYP avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış etdi


  • 12:14

Baş Dövlət Yol Polisi (BDYP) İdarəsi avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış edib.

Bu barədə e-huquq.az-a idarədən məlumat verilib.

"Baş Dövlət Yol Polisi İdarəsi qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə uyğun şinlərlə təchiz etməyə, xarici işıq cihazlarının, şüşə silgəclərinin, isitmə sistemlərinin sazlığını nəzarətdə saxlamağa çağırır", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər