- 17:31
"Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinin ISO 9001:2015 standartı üzrə təlim, sertifikasiya və inspeksiya nəzarəti, ISO 37001:2016 standartı üzrə audit və sertifikatlaşdırmanın keçirilməsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmamasıdır.
Qeyd edək ki, tenderin dəyəri 68.750,00 manat olub.
Şəbnəm Mehdizadə