- 12:20
"2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi ölkəmizin sosial-iqtisadi inkişafına və regionların mövcud problemlərinin həllinə xidmət edəcək
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Əmiraslanov parlamentin bugünkü iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsində deyib.
O, büdcə prosesinin yalnız bir illə yekunlaşmadığını, həmçinin davamlı və uzunmüddətli xarakter daşıdığını qeyd edib. Deputat əlavə edib ki, bu səbəbdən büdcə layihəsində müəyyən təkmilləşdirmələr aparılır.
A.Əmiraslanov bu ilin büdcə layihəsinin milli maraqlara xidmət edən strateji sənəd olduğunu və strateji vəzifələri əks etdirdiyini vurğulayıb.
Şəbnəm Mehdizadə