"Quru sərhədlər açılmalıdır" - Deputat çağırış etdi


  • 12:00

"Azərbaycanda beynəlxalq tədbirlərin maliyyələşdirilməsi üçün 239 milyon manat ayrılıb. Bu vəsaitin elmə ayrılan vəsaitdən 10 milyon manat daha çoxdur".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

"Bu tədbirlərin çoxu hotellərin dəstəklənməsi məqsədi daşıyır, lakin effektivliyi yoxdur. Təyyarə biletlərinin qiymətləri çox bahadır, Azərbaycanda ucuz hotellərin sayı azdır. Mərkəzi icra hakimiyyəti orqanları müxtəlif yerlərdə bahalı tədbirlər keçirir, qonaqlara otellərdə yer ayrılır və restoranlarda qidalanma təmin edilir. Bunun üçün böyük vəsait ayrılır, amma səmimi desək, bu tədbirlərin effektivliyi çox azdır. Keçən illə müqayisədə ölkəyə turistlərin sayında azalma var. Qonşu Gürcüstanda isə turist axınında 6,6 faiz artım olub. Bunun səbəbləri araşdırılmalıdır", - deyə Q.Həsənquliyev qeyd edib.

Deputat, həmçinin Avropa və ABŞ ilə viza rejiminin aradan qaldırılması ehtiyac olduğunu bildirib.

Q.Həsənquliyev çıxışında quru sərhədlərin açılması məsələsinə də toxunub. Müvafiq dövlət orqanlarının vəzifələrini peşəkar səviyyədə yerinə yetirdiyini və təhlükəsizlik təhdidi olmadığını vurğulayaraq, sərhədlərin açılmasını təklif edib.

"Gürcüstan və İran kimi qonşu ölkələrə gediş-gəliş bərpa olmalıdır," - deyə o, çağırış edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər