Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi korrupsiyaya qarşı mübarizə üzrə ictimai rəy sorğusu keçirir


  • 18:41

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “Korrupsiyaya qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri” adlı metodik vəsait hazırlanır.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində hazırlanacaq vəsait korrupsiya ilə əlaqədar hüquqpozmaların səbəb və şəraitinin müəyyən edilməsi, qarşısının alınması və profilaktikasının elmi-nəzəri və təcrübi əsaslarının işlənilməsi məqsədi daşıyır.

Bu istiqamətdə “Korrupsiyaya qarşı mübarizə üzrə ictimai rəyin öyrənilməsi” üçün sosioloji sorğu keçirilir. Sorğu anonimdir, nəticələrinin yalnız elmi-tədqiqat və kriminoloji təhlil üçün istifadə olunması nəzərdə tutulub.

8 dekabr saat 23:59-dək linkə keçid edərək, eləcə də QR kodu skan edərək sorğuda iştirak etmək mümkündür.

Oxşar xəbərlər