- 17:02
Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsi üçün helikopter cəlb edilib.
E-huquq.az-ın xəbərinə görə, bir neçə gündür ərazidə davam edən yanğın dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının qarşısını almaq üçün havadan və qurudan yanğınsöndürmə əməliyyatları davam etdirilir