Məzmuna keç

Azərbaycan və Kanada rəsmiləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Kanada Xarici İşlər Nazirliyinin (XİN) parlament katibi Robert Olifantla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Görüşdə ikitərəfli əməkdaşlıq, regional inkişaflar və ATƏT çərçivəsində ortaq prioritetlər müzakirə olunub.