- 10:16
Moskva və Yeni Dehli Hindistan Hərbi Hava Qüvvələrinin istismar etdiyi "Su-30" qırıcıları üçün komponentlərin tədarükü ilə bağlı müzakirələr aparır.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin birinci müavini Denis Manturov “Zvezda” telekanalına açıqlamasında bildirib.
O qeyd edib ki, Hindistan yüksək texnologiyalı istehsalı inkişaf etdirdiyi üçün Moskva da Yeni Dehlidən sənaye komponentlərinin tədarükündə maraqlıdır.
Humay Eminqızı