- 5 Dekabr 19:18
Sumqayıt şəhərinin Yəhya Məmmədov küçəsində yerləşən yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Cəlil Alim oğlu Sadıqova məxsus oksigen balonlarının doldurulması sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu müəyyən edilib.
Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, ilkin yanğınsöndürmə vasitələri yoxdur, elektrik təsərrüfatı tələblərə uyğun deyil, taxta konstruksiyalar odadavamlı məhlul hopdurulmayıb, tələblərə zidd olaraq sıxılmış və mayeləşdirilmiş qazla dolu oksigen balonları saxlanılır, ərazi quru ot və kol-kosdan təmizlənməyib.
Bu səbəbdən sexin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.