Nazir müavini: "Rəqəmsallaşma kiberhücum risklərini artırır"


  • 15:58

"Azərbaycanda enerji sistemində rəqəmsallaşma prosesi çox sürətlə və effektiv şəkildə davam edir".

E-huquq.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Sultanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda deyib.

"Lakin rəqəmsallaşma yalnız məhsuldarlığı artırmaqla kifayətlənmir, həm də kiberhücum risklərini artırır. Bu baxımdan, süni intellektin əhəmiyyəti xüsusilə önə çıxır. Süni intellektin qərar vermə prosesində istifadə etdiyi alqoritmlər dəqiq şəkildə müəyyən edilməyib ki, bu da məsuliyyət məsələsini gündəmə gətirir. Məlumdur ki, süni intellekt eyni anda iki fərqli qərar verə bilir, buna görə də insan faktoru vacibdir", - deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər