Azərbaycanda dövlət orqanlarında kadr məsələləri üzrə ştat vahidi müəyyənləşdi


  • 17:18

Nazirlər Kabineti 28 sentyabr 2004-cü il tarixli "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" qərarında dəyişiklik edib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, dövlət orqanlarında işçi sayı 100 nəfərə qədər olduqda kadr məsələləri üzrə maksimum 2 ştat vahidi olmalı, işçi sayı 101-200 nəfər olduqda kadr məsələləri üzrə 2 ştat vahidi və ya sektor olmalı, işçi sayı 200 nəfərdən çox olduqda sektor və yaxud şöbə təşkil edilməlidir.

Oxşar xəbərlər