2026-cı il büdcəsində sosial xərclər 17,1 mlrd. manat nəzərdə tutulub


  • 12:19

Əhalinin real gəlirlərinin artımı və sosial rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində cəmi sosialyönlü xərclər 17,1 mlrd. manat nəzərdə tutulur ki, bu da xərclərin 41%-i deməkdir.

E-huquq.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, növbəti ilin dövlət büdcəsində təhsilin və innovativ inkişafın dəstəklənməsi üçün təhsil və elm xərclərinə 5,2 milyard manatdan çox vəsait ayrılacaq ki, bu da xərclərin 12.6%-ni təşkil edir.

Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə isə xərclərin 4.9%-nin, yəni 2 milyard manatdan çox vəsait nəzərdə tutulur.

Baş nazir deyib ki, icbari tibbi sığorta çərçivəsində - 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək: "Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər