Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib - FOTO


  • 12:17

Dekabrın 12-də Bakıda “Digital Hub New Zeon” məkanında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi təşkil olunub.

E-huquq.az xəbər verir ki, tədbirin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, eləcə də tanınmış ictimaiyyət və mədəniyyət nümayəndələri yer alıblar.

Tədbir Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gecə çərçivəsində Rusiyanın əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Liderin ürəyi” (“Сердце лидера”) adlı sənədli film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən Mixail Qusman ekran əsərinin ərsəyə gəlməsindən bəhs edib, eyni zamanda Ümummilli Liderlə bağlı xatirələrini iştirakçılarla bölüşüb.

Oxşar xəbərlər