Türkiyənin 14 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmir Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 32 nəfər barsində həbs qərarı çıxarılıb.
İzmir, Manisa, Qaziantep, Şanlıurfa, Kocaeli və digər vilayətlərdə keçirilən əməliyyat nəticəsində 29 nəfər saxlanılıb.
Saxlanılan 29 şübhəlidən 11-i həbs edilib, 18 nəfər isə şərti azadlığa buraxılıb.
Digər üç nəfərin xaricdə olduğu müəyyən edilib.
Şəbnəm Mehdizadə
