- 15:20
Prezident İlham Əliyev "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi ilə bağlı Sərəncam imzalayıb.
E-huquq.az-ın məlumatına görə, Sərəncama əsasən, Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:
Müşahidə Şurasının sədri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Müşahidə Şurasının üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini.