- 15:28
Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, "yaşıl iqtisadiyyat"a ədalətli keçid, süni intellektin əmək bazarına təsiri həmkarlar ittifaqlarının qarşısında məsuliyyətli və strateji vəzifələr qoyur, onları daha fəal olmağa sövq edir.
E-huquq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciətində bildirib.
"İşçilərlə işəgötürənlər arasında sosial dialoqun əsas tərəfdaşı və əmək dəyərlərinin qoruyucusu kimi çıxış edən həmkarlar ittifaqları peşə birliklərinin möhkəmləndirilməsi, işçilərin maarifləndirilməsi, əmək hüquqları sahəsində onların bilik və bacarıqlarının artırılması prosesində yaxından iştirak etməlidir. Bütün bunlar əmək münasibətlərinin düzgün tənzimlənməsinə, sosial ədalətin və qarşılıqlı məsuliyyətin təmin olunmasına xidmət edir. Sahə həmkarlar ittifaqlarının sosial tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimad mühitinin formalaşdırılmasına, kollektiv məsuliyyətin artırılmasına xüsusi diqqət yetirilməlidir", - deyə o qeyd edib.