Sosial şəbəkədə işə qəbulla bağlı saxta elanlar paylaşaraq dələduzluq edən şəxs saxlanıldı


  • 17:26

Sosial şəbəkədə saxta iş elanları yerləşdirərək dələduzluqlar edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb.

E-huquq.az-ın məlumatına görə, müəyyən edilib ki, M.Şərifov onunla əlaqə saxlayan hər bir şəxsin işə qəbulla bağlı müraciətinin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun kartına köçürülməsini tələb edib.

O, pulları əldə edəndən sonra zərərçəkənlərlə əlaqələrini kəsib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər