Bakı Kitab Mərkəzində Gülər Coşqunsoyun kitablarının təqdimatı və imza günü keçirildi - FOTO


  • 17:51

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzində yazıçı Gülər Coşqunsoyun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr olunmuş "Milli Xilaskar" və milli qəhrəman, şəhid general Polad Həşimovun xatirəsinə ithaf edilən "Ulu Röya Yolunda" kitablarının təqdimat və imza günü keçirilib.

E-huquq.az xəbər verir ki, tədbir Türk Dünyası Qadınlar Komitəsinin rəhbəri Dilbər Coşqunsoy, milli.az saytının redaktoru Xəyal Abullayev və SAVAT Federasiyasının mətbuat katibi Fidan Oruc Əliyevanın təşkilatçılığı ilə baş tutub.

Təqdimat mərasimi ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklər səsləndirilib. Çıxış edən millət vəkili Ülviyyə Ağayeva, sənətşünas Vasif Ayan, ATİB-in fəxri başqanı Cəmal Yangın, Türkiyə Səfirliyinin rəsmisi Cihangir İşbilir, Vətən Müharibəsi Fondu rəhbəri Şəfa Mövsümov, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmisi Şaiq Səfərov, qazi baş leytenant Rafiq Rəhimli, "STMEGI" Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun direktor köməkçisi Fuad Xaimov və digər qonaqlar müəllifin yaradıcılığını yüksək qiymətləndirərək vətənpərvərlik mövzusunda çıxışlar ediblər.

Tədbir zamanı kitablardan parçalar səsləndirilib, Gülər Coşqunsoyun sözlərinə bəstələnmiş mahnı nümayiş etdirilib.

Sonda oxucular üçün imza mərasimi təşkil olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər