Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə mediatur təşkil edildi - FOTO


  • 10:25

16 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin və sosial media blogerlərinin iştirakı ilə Komitənin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) mediatur təşkil edilib.

E-huquq.az xəbər verir ki, Şüvəlan UADM-in fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlərlə tanışlıq məqsədi daşıyan mediatur çərçivəsində Mərkəzin direktoru Sitarə Əhmədova çıxış edərək bildirib ki, icma əsaslı xidmətlərin gücləndirilməsi və əhali ilə aparılan işlərin səmərəliliyinin artırılması mərkəzlərin fəaliyyətində əsas yer tutur. O qeyd edib ki, Uşaq və Ailələrə Dəstək Mərkəzi həssas qruplardan olan qadın və uşaqlara sosial, psixoloji, hüquqi dəstəyin göstərilməsi istiqamətində uğurlu nəticələr əldə edir.

S.Əhmədova inkişafetdirici məşğələlər, Denver II qiymətləndirmə proqramı, həmçinin psixoloq otaqlarının fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra sosial iş üzrə mütəxəssis Aysun Kərimova Mərkəzin fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib. Psixoloq Aytəkin Məmmədova isə Mərkəzdə həyata keçirilən psixoloji xidmətlər barədə məlumat verib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Oxşar xəbərlər