- 17:57
Azərbaycan İnvestisiya Holdinqi publik hüquqi şəxsinin isitmə və soyutma sistemlərinə, sanitar qovşaqlarına, mətbəxinə, su və kanalizasiya şəbəkəsinə texniki xidmət, habelə texniki xidmət zamanı dəyişdiriləcək ehtiyat hissələrinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.
E-huquq.az xəbər verir ki, tenderin qalibi "PRO Service" MMC olub.
Məlumata görə, qalib şirkətə 73.126,7 manat vəsait ödəniləcək.
Şəbnəm Mehdizadə