- 18:35
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyində “Albalılıq” avtoparkı MMC-nin nizamnaməsi və adı dəyişdirilib.
E-huquq.az xəbər verir ki, şirkətin adı “Nəqliyyat Təlim Mərkəzi” olub.
Şirkət bundan sonra avtobus parkı olaraq deyil, nəqliyyat sahəsində təlimlərin təşkili üzrə fəaliyyət göstərəcək.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı stansiyasıdır. Lakin Nəqliyyat Təlim Mərkəzi Bakı şəhəri, Zığ qəsəbəsində fəaliyyət göstərəcək.
Məlumat üçün deyək ki, hazırda Buzovna qəsəbəsi, Albalılıq ərazisində yeni avtobus parkı tikilir.