Deputat: "Avropa Parlamentinin qətnaməsi qərəzlidir"


  • 11:13

"Dünən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməni qəbul etmirik"

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü iclasında bildirib.

O, Avropa İttifaqının (Aİ) malik olduğu resurslarla sülh gündəliyinə dəstək olmaq əvəzinə, Ermənistana səhv istiqamətdə dəstək göstərdiyini vurğulayıb: "Bu, regiona qərəzli yanaşmanın bariz nümunəsidir. Hazırda Bakıda məhkəməsi keçirilən erməni əsilli şəxslərin azad edilməsini tələb edən yanaşma riyakarlıqdır. Aİ daxilində müəyyən qüvvələr yenidən fəallaşıb. Azərbaycan isə beynəlxalq prinsiplərə əsaslanan siyasətinə davam edir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər